Avropa çempinatında çıxışını başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya reytinqində irəliləyib. "Rekord.az" xəbər verir ki, C qrupunda mübarizə aparmış millimiz reytinqdə özündən çox irəlidə olan komandalara qarşı uğurlu çıxış edərək reytinqdə bir neçə pillə irəliləyib.
Beləki, millimiz dünya reytinqində 38-ci yerdən 33-cü yerə, avropa reytinqində isə 23-cü pillədən 20-ci pilləyə yüksəlib.

Qeyd edək ki, yığmamız qrupda 5 oyun keçirib. Komandamız 2 qələbə, 3 məğlubiyyətlə 5-ci yeri tutub və növbəti mərhələyə adlaya bilməyib.