Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Sports.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız evdə Avstriya ilə üz-üzə gəlib.

Bakıda baş tutan qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Avstriya yığması 13 xalla bu qrupda 2-ci pillədə qərarlaşmışdı. Bu üzdən qonaqlar Bakıdan qələbə ilə qayıtmağa iddialı idilər. Amma 3 gün öncə səfərdə Estoniyaya qalib gələn millimiz də doğma meydanda xal və xallar qazanmaq arzusundaydı. 90 dəqiqənin tamamında qələbəni avstriyalılar bayram ediblər.

Bu gün yığmamızın qrupunda Belçika - İsveç oyunu da baş tutacaq.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu

17 oktyabr

Azərbaycan - Avstriya 0:1
Qol: Marsel Zabitser, 48-pen.
Baş hakim: Aristotelis Diamantopulos
Baş hakinin köməkçiləri: Konstantinos Psarris, Andreas Meintanas
Dördüncü hakim: Anastasios Papapetru
VAR: Angelos Evangelu
AVAR: Vasileios Fotias (Hakimlər briqadası Yunanıstandandır)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Cəlal Hüseynov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Nəriman Axundzadə, 15. Rüstəm Əhmədzadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalaydziç, 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k).
Ehtiyat oyunçular: 1. Nikls Hedl, 13. Patrik Pents, 3. Quido Burqstaller, 5. Samson Baydo, 8. Marko Qrüll, 9. Marsel Zabitser,  11. Manprit Sarkariya, 14. Deyan Lyubiçiç, 19. Kristof Baumqartner, 21. Patrik Vimmer, 22. Mattias Seydl, 23. Məhəmməd Çam.
Baş məşqçi: Ralf Ranqnik.