Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyununu səfərdə keçirəcək. "Rekord.az" xəbər verir ki, yığmamız bu gün Avstriyaya yola düşüb.

B qrupunda yer alan komandamız ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək. Təsnifat mərhələsindəki növbəti oyunumuz isə avqustun 24-də Bakıda Belçika yığmasına qarşı olacaq.

2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
17 avqust

   20:30 Avstriya - Azərbaycan (Saat yerli vaxtla göstərilib)