Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.


Rekord.az xəbər verir ki, U-19 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.


Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da baş tutacaq.