Millimiz Belarusa uduzdu
- 17:00
- 35
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, U-19 növbəti dəfə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında fevralın 4-də keçirilən ilk görüşdə də Belarus seçməsi 2:0 hesablı qələbə qazanıb.