
Millimiz Belarusda 4-cü oldu
- 21 Fev 2025 17:00
- 71
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda sonuncu oyununu keçirib.
Rekord.az xəbər verir ki, U-17 üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Öz qruplarında ikinci yeri tutaraq bürünc mükafat uğrunda matça vəsiqə əldə edən komandaların qarşılaşmasında Özbəkistan seçməsi 2:1 hesablı qələbə qazanıb. Millimizin heyətində qolu 44-cü dəqiqədə Əhməd Vəliyev vurub. Bununla U-17 İnkişaf Kubokunda 4-cü yeri tutub.
Qeyd edək ki, millimiz qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.