Azərbaycanın kişilərdən ibarət millisi Belçikanın Vise şəhərində keçirilmiş açıq cüdo turnirində medal əyarında görə ikinci yeri tutub.


Rekord.az xəbər verir ki, yığma üzvləri yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc mükafatla başa vurublar.


Turnirin ikinci günündə Elşən Əsədov (66 kq) qızıl, Məhərrəm İmamverdiyev (81 kq) bürünc medala sahib çıxıb.


Daha əvvəl Murad Muradlı (60 kq) qızıl, Qadir Hüseynovla (73 kq) İmran Yusifov (+100 kq) gümüş, İbrahim Əliyev (73 kq) isə bürünc mükafat əldə edib. Qadınlardan isə Şəfəq Həmidova (48 kq) gümüş medal qazanıb.