Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində Belçikaya məğlub olub.


Rekord.az xəbər verir ki, C qrupundakı beşinci matçını keçirən yığma 24:97 hesabı ilə uduzub.


Qarşılaşma Belçikanın “COREtec Dome” arenasında təşkil olunub.


Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ilk oyunda Belçika millisinə 28:136 hesabı ilə məğlub olub. Yığma fevralın 9-da Bakıda Polşa ilə üz-üzə gələcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.