Millimiz beynəlxalq turnirdə iştirak edəcək
- 06 May 2021 18:15
- 533
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
Rekord.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
26-28 mayda təşkil olunacaq turnirdə Özbəkistan və Tunis seçmələri də qüvvəsini sınayacaq. Azərbaycan millisi meydan sahibləri ilə qarşılaşacaq. Digər matçda isə Tunis və Özbəkistan yığmaları üz-üzə gələcək.
Final və 3-cü yer uğrunda matçlar mayın 28-də keçiriləcək.