Qadın voleybolçularsan ibarət Azərbaycan millisi qitə birinciliyi öncəsi qüvvəsini beynəlxalq turnirdə sınayacaq. "Rekord.az" xəbər verir ki, komandamız Macarıstanda təşkil olunacaq "SAVARİA" beynəlxalq turnirdə yarışacaq.  

Avqustun 5-7-də keçiriləcək yarış dairəvi sistemlə baş tutacaq. Millimizin rəqibləri ev sahibləri ilə yanaşı, Niderland və Çexiya yığmaları olacaq.

Voleybolçularımız avqustun 5-də Macarıstanla, 6-da Niderlandla, turnirin son günü isə Çexiya millisi ilə üz-üzə gələcək.