Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin ilk rəqibi Gürcüstan yığması olacaq.

Rekord.az xəbər verir ki, millimiz bu rəqiblə 3-ü rəsmi olmaqla 9 matçda üz-üzə gəlib.

İlk duel 22 il əvvəl baş tutub və heç-heçə başa çatıb. Ümumiyyətlə, bu 9 oyunun 7-də komandamız qələbə qazanıb. Bir matçda heç-heçə qeydə alınıb. Yeganə yenildiyimiz görüş isə 2013-cü ilə təsadüf edir.

28.02.2000. DÇSO. Azərbaycan – Gürcüstan – 6:6 /Xorvatiya/

27.07.2002. BT. Gürcüstan – Azərbaycan – 5:1 /Gürcüstan/

09.11.2002. AÇSO. Azərbaycan – Gürcüstan – 4:1 /Portuqaliya/

30.01.2004. AÇSO. Gürcüstan – Azərbaycan – 3:7 /Serbiya/

16.01.2008. BT. Azərbaycan – Gürcüstan – 3:1 /Azərbaycan/

25.01.2009. YO. Azərbaycan – Gürcüstan – 6:2 /Azərbaycan/

18.12.2009. BT. Azərbaycan – Gürcüstan – 7:0 /Azərbaycan/

18.03.2013. YO. Azərbaycan – Gürcüstan – 1:2 /Azərbaycan/

19.03.2013. YO. Azərbaycan – Gürcüstan – 4:0 /Azərbaycan/