Millimiz dünya çempionatına hazırlığı davam etdirir - VİDEO
- 17 Sen 2021 18:15
- 623
Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək.
Rekord.az xəbər verir ki, mundialda yunan-Roma güləşi üzrə millimiz də iştirak edəcək.
Yığmamız hazırda məsul yarışa hazırlıqları davam etdirir. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində məşq edir. Hazırlıq prosesi oktyabrın 4-dək Bakıda davam edəcək. Növbəti gün millimiz Osloya yollanacaq.
Qeyd edək ki, oktyabrın 6-da güləşin klassik növü üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün 55, 72, 77 və 82 kq-da yarışa start veriləcək. Oktyabrın 8-də 60, 97 və 130, ayın 9-da isə 63, 67 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Dünya çempionatına oktyabrın 10-da yekun vurulacaq.