Millimiz dünya çempionatına Mahaçqalada hazırlaşır - VİDEO
- 17 Okt 2019 19:00
- 999
Sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir.
Rekord.az xəbər verir ki, oktyabrın 10-da bu ölkənin paytaxtı Mahaçqalada startı verilən TMT 23 yaşadək güləşçilərin dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Ayın 23-dək davam edəcək hazırlıq prosesində yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında müvafiq komandamız yerli güləşçilərlə birgə toplanış keçir.
Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.