Azərbaycan millisi 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsində mübarizəni dayandırıb.

Rekord.az xəbər verir ki, yığma sonuncu oyun günü 1/4 finalda “Barselona Panthers” klubu ilə qarşılaşıb.

8:21 hesabı ilə məğlub olan millimiz turnirlə vidalaşıb.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi "Baku Fleyms" də keçirdiyi üç görüşündə də məğlub olaraq mübarizəni qrup mərhələsində dayandırmalı olmuşdu.