Beynəlxalq Voleybol Federasiyası yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Siyahı Azərbaycan milliləri üçün uğurlu alınıb. "Rekord.az" xəbər verir ki, Azərbaycanın milli yığmalarının reytinqindəki yerləri də bəlli olub.

Yeni siyahıya əsasən 127 reytinq xalına malik qadınlardan ibarət komandamız bir pillə irəliləməklə, 26-cı yerə yüksəlib. Bu siyahıya Çin voleybolçuları başçılıq edirlər. 

Kişi voleybolçuların cədvəlində isə yığmamız mövqeyini qoruyub. 101 xala malik milli dünyada yenə 58-cidir. Bu siyahıda isə Braziliya liderdir.