Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunları davam edir.

Rekord.az xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib. 

Qarşılaşmaya üstün başlayan U-16 yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92:58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib.

U-16 millimizin qrupdakı növbəti rəqibi Albaniya seçməsi olacaq. Oyun 23 iyulda baş tutacaq. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyun FIBA-nın rəsmi "Youtube" hesabında canlı olaraq yayımlanacaq.