Millimiz Ermənistanı məğlub etdi, gümüş medal qazandı
- 25 Avq 2022 15:30
- 538
Moskvada MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnikin kuboku uğrunda keçirilən şahmat üzrə komanda yarışında Azərbaycan yığması uğurla çıxış edib.
Rekord.az xəbər verir ki, dairəvi sistemlə keçirilən turnirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan komandaları iştirak ediblər.
Hər komandanın tərkibində yaşı 14-dən yuxarı olmayan gənc şahmatçılar – 3 oğlan və 1 qız mübarizə aparıb.
Azərbaycan 2-ci turda Ermənistanı 4,5:3,5 hesabı ilə məğlub edib.
Yekun nəticəyə görə, 37 xal toplayan Azərbaycan millisi əlavə göstəricilərə görə gümüş medal qazanıb. Azərbaycanla eyni xal toplayan Belarus yığması isə üçüncü pillədə qərarlaşıb. Rusiya komandası 45 xalla yarışın qalibi olub.