Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Rekord.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız səfərdə Estoniya ilə üz-üzə gəlib.

Tallindəki qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, hər iki komanda bu tsikldə cəmi 1 xal qazanmışdı. Bu üzdən də qazanılan qələbə bu komandalardan birinə tsikli sonuncu bitirməmək üçün əla şans yaradacaqdı.

Qarşılaşma Azərbaycan yığmasının inamlı qələbəsiylə yekunlaşıb.

Bu gün yığmamızın qrupunda Avstriya – Belçika oyunu da baş tutacaq.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu

13 oktyabr

Estoniya – Azərbaycan 0:2
Qollar: Toral Bayramov, 9. Ramil Şeydayev, 45+4-pen.
Baş hakim: Robert Şröder (Almaniya).
Tallin, “Le Kok Arena”.

Estoniya: 12. Karl Heyn, 2. Marten Kuusk, 3. Artur Pikk, 4. Mattias Kayt, 6. Rasmus Peetson, 7. Georgi Tunyov, 8. Henri Anier, 13. Maksim Paskotşi, 14. Konstantin Vasilyev (k), 17. Martin Miller, 20. Markus Pum.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 11. Henrik Oyama, 15. Martin Vetkal, 16. Marko Lukka, 18. Mixael Lilander, 19. Ken Kallaste, 21. Boqdan Vaşuk, 23. Vlasi Sinyavski.
Baş məşqçi: Tomas Heberli.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Yusif Nəbiyev, 9. Renat Dadaşov, 13. Emil Səfərov, 14. Cəlal Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.