Millimiz Farer adaları üzərində qələbə qazandı
- 27 Okt 2023 19:21
- 321
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, səfərdə Farer adaları yığması ilə qarşılaşan millimiz 2:1 hesabı ilə qələbə qazanıb.
Komandamızın qollarını 30-cu dəqiqədə Kristina Bakaranadze və 50-ci dəqiqədə Manə Mollayevə vurub.
Millimiz Millətlər Liqasında növbəti oyununu oktyabrın 31-də Bakıda Monteneqro yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.