Millimiz Farer adalarına da uduzdu
- 23 Okt 2019 19:15
- 997
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirib.
Rekord.az xəbər verir ki, yığmamız Farer adalarından olan həmyaşıdları ilə qarşılaşıb.
Azərbaycanlı futbolçular bu görüşdən də məğlub ayrılıblar.
Azərbaycan millisi ilk turda Sloveniyaya 0:6, ikinci turda isə Norveçə 0:5 hesabıyla uduzmuşdu.
AÇ-nin seçmə mərhələsi
23 oktyabr
Azərbaycan - Farer adaları 0:1
Baş hakim: Jelena Jermolayeva (Latviya).