FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandası bu gün açıqlanan yeni siyahıda 1 pillə irəliləyib.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1127.17 xalla 128-ci sırada qərarlaşıb.

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən  Slovakiya 1439.99 xalla 51-ci, Belarus 1226.55 xalla 96-cı, Qazaxıstan isə 1166.28 xalla 114-cüdür.

Reytinq cədvəlinə 183.56 xala malik Braziliya rəhbərlik edir. Belçika (1821.92) ikinci, Argentina (1770.65) üçüncüdür.