Azərbaycan millisi FIFA reytinqində beş pillə geriləyib.

Rekord.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında bildirilib.

Yığma hazırda 1161.8 xalla 118-ci sıradadır.

Siyahıya dünya çempionu Argentina (1883,5) başçılıq edir. Fransa (1859,85) ikinci, İspaniya (1844,33) üçüncüdür.