FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Rekord.az xəbər verir ki, ötən dəfə açıqlanan siyahı ilə müqayisədə Azərbaycan milli komandası iki pillə irəliləyib. Yığma komanda 1179 xalla 112-ci sırada qərarlaşıb.

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Kipr seçməsi 1236 xalla 98-ci pilləyə geriləyib. Əvəzində 1237 xalı olan Lüksemburq 97-ci sıraya yüksəlib. Monteneqro isə (1376 xal) bir pillə irəliləyərək 63-cü yerdə qərarlaşıb.

Reytinq siyahısının ilk üç pilləsində Belçika (1773), Fransa (1744) və Braziliya (1712) qərarlaşıb. 1485 xalı olan Türkiyə millisi isə üç pillə geriləyərək 32-ci yerə düşüb.