FİFA milli komandaların yeni dünya reytinqini açıqlayıb.

Rekord.az qurumun saytına istinadən xəbər verir ki, 1179.88 xala malik olan Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib.

Milli komandamız hazırda 111-ci sıradadır.

Xatırladaq ki, Azərbaycan millisi bu ay iki yoxlama oyunu keçirib. Komanda Qazaxıstana 3:2 hesabı ilə qalib gəlib, Almaniyaya 1:3 hesabı ilə uduzub.

Reytinq cədvəlinə 1860.14 xalla son dünya çempionu Argentina millisi liderlik edir. Fransa 1837.47 xalla 2-ci, Belçika 1797.98 xalla 3-cüdür.