Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, yığmamız yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gəlib.

Rəqibini 21:19 hesabı ilə üstələyən komandamız finala yüksəlib.

Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.