3x3 basketbol üzrə qadınlardan ibarət milli komandamız Avropa Kubokunun seçmə mərhələsinin yarımfinal oyununa çıxıb.

Rekord.az xəbər verir ki, yığmamız Malta komandası üzərində 11:10 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

Finalda onların rəqibi, İrlandiya - Lüksemburq cütünün qalibi olacaq. Final oyunu Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.