Bu gün qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Fransanın Klermon-Ferran bölgəsində keçirilən Dünya Qadın Seriyasında 1/4 final mərhələsinin oyununa çıxacaq.

Rekord.az xəbər verir ki, yığmamız Fransa ilə üz-üzə gələcək.

Görüş Bakı vaxı vaxtı ilə saat 22:20-də start götürəcək.

Raşa Deliçin yetirmələri ilk matçda Filippin üzərində 22:17 hesablı qələbə qazanıb. Millimiz növbəti görüşdə Niderlanda 12:21 hesabı ilə məğlub olsa da, qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıb.