Millimiz Fransaya böyük hesabla uduzdu
- 11 Okt 2019 00:51
- 844
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv səfərdə Fransa yığması ilə qarşılaşıb.
İlk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son oyunda Gürcüstana Bakıda böyük hesabla məğlub olmuşdu – 0:3. Fransa yığması isə qrupda ilk matçını məhz millimizə qarşı keçirib. Aşkar favorit olan meydan sahibləri yığmamızla görüşdə 5 cavabsız qola seviniblər.
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
10 oktyabr
Fransa – Azərbaycan 5:0
Qol: O.Eduard, 2; 36. D.A.Zaqadu, 40. H.Auar, 52. A.Nordin, 76.
Baş hakim: Antoniu Nobre (Portuqaliya).
Fransa: 1. Alban Lafont, 2. Kelvin Amian, 3. Dan-Aksel Zaqadu, 4. Bubakar Kamara, 8. Hussem Auar, 9. Mussa Diabi, 10. Matteo Genduzi, 17. Jeff Reine-Adelide (k), 18. Nikolas Kotsa, 20. Bubakari Sumare, 22. Odsonne Eduard.
Ehtiyat oyunçular: 16. Dimitri Bertaud, 5. Dayot Upamecano, 7. Arnaud Nordin, 12. Jan-Ricner Bellegarde, 13. Sofiane Alakouch, 14. İmran Louza, 15. Jean-Victor Makengo, 19. Amine Gouiri, 21. Christ-Emmanuel Maouassa.
Baş məşqçi: Silvain Ripoll.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 4. Hüseyn Seyliğli, 5. Nihad Tamazov, 7. Fərid Nəbiyev, 9. Rövlan Muradov, 10. İsmayıl İbrahimli (k), 11. Şakir Seyidov, 15. Barış Ekincier, 18. Anton Krivotsyuk, 20. Doğukan Öksüz.
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 3. Turan Manafov, 8. Rafael Məhərrəmli, 13. Murad Qayalı, 14. Ozan Can Kökcü, 16. Süleyman Əhmədov, 17. Elvin Cəfərquliyev, 21. Səbuhi Abdullazadə, 23. Elçin Mustafayev.
Baş məşqçi: Milan Obradoviç.
Gürcüstan – 6, Fransa - 3, İsveçrə – 3, Slovakiya – 3, Azərbaycan – 3, Lixtenşteyn – 3.