21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Fransa seçməsini qəbul edib.

Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutan matçı Türkiyədən olan Halis Özkahyanın idarə edib. Bu görüş yığmamızın 2020-ci ildə ilk sınağı idi.

2-ci qrupda yer alan Azərbaycan millisi bu matça qədər keçirdiyi 6 oyundan sonra 6 xalla 3-cü pillədə yer alırdı. 5 görüşdən 12 xal toplayan Fransa isə 2-ci sırada qərarlaşmışdı. Qrupa 15 xalı olan İsveçrə seçməsi başçılıq edirdi.

Üç qolun qeydə alındığı qarşılaşma Azərbaycan yığmasının məğubiyyəti ilə başa çatıb.

Bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də baş tutacaq.

AÇ-nin seçmə mərhələsi
2-ci qrup

7 sentyabr

Azərbaycan – Fransa 1:2
Qol: T.Bayramov, 90 – O.Eduard, 25-pen. A.Quiri, 83.
Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə).
Sumqayıt. “Kapital Bank Arena”.

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Turan Manafov, 4. Mert Çelik, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 8. Səbuhi Abdullazadə, 11. Elvin Cəfərquliyev, 15. Rüfət Abdullazadə, 19. Rauf Hüseynli, 21. Emre Kaplan, 23. Ozan Can Kökçü.
Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 5. Nihad Tamazov, 9. Mustafa Yıldırım, 10. Rövlan Muradov, 14. Rüfət Əhmədov, 16. Süleyman Əhmədov, 17. Tural Bayramov, 18. Turan Vəlizadə, 20. İdris İnqilablı.
Baş məşqçi: Milan Obradoviç.
Fransa: 1. Alban Lafon, 5. Benoit Badiaşile, 6. İbrahima Diallo, 9. Mussa Dyabi, 10. Matte Genduzi (k), 12. Jul Kunde, 13. Kolin Daqba, 19. Amine Quiri, 20. Bubakari Sumare, 21. Kris-Emmanuel Maouassa, 22. Odsonne Eduard.
Ehtiyat oyunçular: 23. İlan Meslye, 2. Melvin Bard, 3. Evan Ndikka, 4. Bubakar Kamara, 7. Arnaud Nordin, 8. Kakre Maksans, 11. Brayan Mbeumo, 15. Dina Ebimbe, 18. Bafode Diakite.
Baş məşqçi: Silven Ripoll.