Millimiz iki yoldaşlıq görüşü keçirəcək
- 26 Avq 2024 20:36
- 158
Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Rekord.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq.
Hər iki oyun Zlin şəhərində keçiriləcək.
Millimiz Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.