Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması olimpiadaya vəsiqə uğrunda mübarizəyə başlayıb.  "Rekord.az" xəbər verir ki, Vasif Talıbovun rəhbərlik etdiyi komandamız seçmə mərhələdə ilk görüşünü keçirib. 

Niderlandın Apoldern şəhərində təşkil olunan təsnifat turnirində voleybolçularımız ilk oyunda meydan sahibləri ilə üz-üzə gəliblər. Niderland qarşılaşmanın favoriti hesab olunsa da, millimiz rəqibə ciddi müqavimət göstərib. Bununla belə, yığmamız meydandan quru hesablı məğlubiyyətlə ayrılıb. Qeyd edək ki, A qrupunda yer alan komandamız növbəti oyununu Bolqarıstana qarşı keçirəcək. Görüş yanvarın 9-da baş tutacaq. 

 

Avropa olimpiya təsnifat mərhələsi

A qrupu

I tur

Azərbaycan - Niderland 0:3 (23:25, 18:25, 22:25)