15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

Rekord.az xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. 

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 90+5-ci dəqiqədə penaltidən Əli Bəşirov vurub.

U-15 turnir çərçivəsində oktyabrın 1-də, Bakı vaxtı ilə saat 16:00-da Rusiya yığması ilə, oktyabrın 4-də isə saat 17:00-da Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.