Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz bu ölkənin yığma komandası yoldaşlıq oyunları keçirib. "Rekord.az" xəbər verir ki, komandalar ümumilikdə üç dəfə qarşılaşıblar.

İlk oyunda 2:2 hesabı qeydə alınıb. Digər iki qarşılaşmada isə millimiz 3:1 hesabları ilə qələbə qazanıb. Bu oyunlarda komandamızın yeni sistem və taktikaları sınaqdan keçirilib. 

Qeyd edək ki, yığmamız bu gün keçirilən son matçla Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını başa vurub.