Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.


Rekord.az xəbər verir ki, U-17 BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.


Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 35-ci dəqiqədə Aylin Kərimova vurub. 


Bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 10-da baş tutacaq.