
Millimiz İran yığmasına qalib gəldi
- 17 Fev 2025 14:30
- 82
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda ikinci oyununu keçirib.
Rekord.az xəbər verir ki, U-17 İranın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Qeyd edək ki, U-17 qrupda son oyununu fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığmasına qarşı keçirəcək.