Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.


Rekord.az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son matçına çıxacaq.


Tahir Baxşıyevin yetirmələri Bakıda İrlandiya millisini qəbul edəcək. Yığmamız səfərdəki məğlubiyyətin əvəzini çıxmağa calışacaq.


Qrupun digər oyununda 1-ci yeri təmin edən İsveçrə Kosovo ilə görüşəcək.


DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi

A qrupu, 5-ci tur

23 fevral


17:00. Azərbaycan – İrlandiya

Hakimlər: Zdravko Rutesiç (Monteneqro), Duhan Köyiçi (Türkiyə) və Nemanya Vlahoviç (Serbiya)

Bakı İdman Sarayı.