Millimiz İsveçə məğlub oldu
- 05 Sen 2024 21:58
- 245
Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının yeni mövsümündə ilk sınağına çıxıb.
Rekord.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız doğma meydanda İsveçlə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Macarıstandan olan hakimlər briqadası idarə edib.
Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız yeni mövsümə uğurlu start verməyə çalışsa da, bu istəyinə çata bilməyib. Dörd qolun vurulduğu oyunda qonaqlar inamlı qələbəyə seviniblər.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
5 sentyabr
Azərbaycan - İsveç 1:3
Qollar: Aleksander İsak, 65; 71. Viktor Qyokereş, 80-pen - Renat Dadaşov, 82.
Matçın 45+7-ci dəqiqəsində Ramil Şeydayev penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Balaş Berke (Macarıstan).
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.
Azərbaycan: 23. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 22. Abbas Hüseynov.
Ehtiyat oyunçular: 1. Rza Cəfərov, 12. Yusif İmanov, 2. Amin Seydiyev, 5. Şəhriyar Əliyev, 6. Emil Mustafayev, 10. Ozan Can Kökçü, 13. Rahil Məmmədov, 14. Rüstəm Əhmədzadə, 16. Elvin Camalov, 18. Ceyhun Nuriyev, 19. Nəriman Axundzadə, 21. Xəyal Nəcəfov.
Baş məşqçi: Fernandu Santuş.
İsveç: 12. Viktor Yohansson, 2. Aleks Duqlas, 3. Linus Valqvist, 4. İsak Hin, 6. Ludviq Auqustinsson, 9. Aleksander İsak, 11. Antoni Elanqa, 17. Viktor Qyokereş, 18. Yasin Ayari, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski (k).
Ehtiyat oyunçular: 1. Yakob Zetterström, 23. Kristoffer Nordfeldt, 5. Edvin Kurtuluş, 7. Lukas Berqvall, 8. Yens Kayuste, 10. Qustaf Nilsson, 13. Ken Sema, 14. Anton Saletros, 15. Karl Starfelt, 16. Niklas Eliasson, 20. Uqo Larsson, 22. Sebastian Nanasi.
Baş məşqçi: Yon Dal Tomasson.