Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan növbəti oyununu keçirib.

İtaliya millisi ilə üz-üzə gələn yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.

Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub - 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.