19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığmamız qrupdakı ikinci matçında italiyalı yaşıdları ilə qarşılaşıb.

Azərbaycan millisi ilk oyunda Norveçə 0:7 hesabı ilə uduzmuşdu. Bu dəfə isə komandamız 9 cavabsız qola üzülüb.

AÇ-2022-nin seçmə mərhələsi
7-ci qrup

23 oktyabr

İtaliya – Azərbaycan 9:0
Baş hakim: Teresa Alise Pimenta Oliveira (Portuqaliya)
Baş hakimin köməkçiləri: Sara Diana Pereira Alves (Portuqaliya), Viktoriya Finlay (Şimali İrlandiya).
Dördüncü hakim: Luise Tompson (Şimali İrlandiya).