Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, Birinci Divizion təmsilisi “Keşlə-2” komandası ilə qarşılaşan millimiz 2:0 hesablı ilə qələbə qazanıb.

U-17-nin qollarını Murad Ələkbərov və Murad Məmmədov vurub.