![photo](https://www.rekord.az/storage/uploads/5/cimerlik-3.jpg)
Millimiz Litva yığmasına qalib gəldi
- 08 İyl 2023 23:20
- 290
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, millimiz “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında 13-16-cı yerlər uğrunda oyunda Litva yığması ilə qarşılaşıb.
Azərbaycan yığması bu oyunda 3:2 hesablı qələbə qazanıb.
Komandamızın qollarını Orxan Məmmədov, Ramil Əliyev və Elşad Manafov vurublar.
Millimiz sabah saat 11:00-da 13-14-cü yerlər uğrunda oyunda İsveçrə yığması ilə qarşılaşacaq.