Millimiz Lixtenşteynə qalib gəldi
- 14 Noy 2019 19:55
- 934
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda Lixtenşteyn yığması ilə qarşılaşıb.
Xatırladaq ki, millimiz bu seçmə mərhələnin ilk turunda səfərdə məhz Lixtenşteynlə qarşılaşmış və 0:1 hesabıyla məğlub olmuşdu. Komandamız indi həmin yenilginin qisasını almağa çalışıb.
Maraqlıdı ki, Lixtenşteyn yığması millimizə qalib gəlməsinə baxmayaraq, qalan bütün oyunlarında məğlubiyyətlə üzləşmişdi və 3 xalla qrup sonuncusuydu. Yeganə qələbəsini doğma meydanda Slovakiya üzərində qazanmış Azərbaycan millisi də 3 xala malik idi və yalnız Lixtenşteyni qabaqlayırdı.
Sumqayıtda keçirilən bu oyunun da taleyini bir qol həll edib. Millimiz minimal hesabla qalib gəlməklə turnir cədvəlində Slovakiyanı qabaqlayıb.
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
14 noyabr
Azərbaycan - Lixtenşteyn 1:0
Qol: B.Ekincier, 65.
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. “Sumqayıt Arena”.
Azərbaycan: 12. Kamran İbrahimov, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 15. Ömər Buludov, 17. Doğukan Oksuz, 18. Hüseyn Seyliğli, 21. Barış Ekincier
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 4. Səbuhi Abdullazadə, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 16. Süleyman Əhmədov, 20. Elçin Mustafayev, 23. Özan Kökcü
Baş məşqçi: Milan Obradoviç
Lixtenşteyn: 1. Armando Majer, 4. Manuel Mikus, 5. Fabian Unterrainer, 6. Simon Lüxinger, 7. Andrin Netzer, 8. Noah Frommelt (k), 9. Menderes Çağlar, 10. Noah Frik, 13. Rafael Grünenfelder, 18. Benjamin Voqt, 20. Roman Spiriq
Ehtiyat oyunçular: 12. Luka Vanoni, 2. Lukas Qraber, 3. Noah Qraber, 11. Niklas Bek, 14. Lukas Büçel, 15. Martin Marxer, 16. Elias Yager, 17. Tim Şreyber, 19. Sebastian Tşupp
Baş məşqçi: Martin Stoklasa.
İsveçrə – 9, Fransa - 6, Gürcüstan – 6, Azərbaycan - 6, Slovakiya – 3, Lixtenşteyn – 3.