Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, ilk iki turda xal qazana bilməyən Canni de Byazinin yetirmələri üçüncü sınağında Lüksemburq yığması ilə üz-üzə gəlib.

Millimiz bu rəqiblə səfərdə qarşılaşıb. Qrupda sonuncu olan yığmamız İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda ilk uğurunu rəsmiləşdirməyə çalışıb.

Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzmuşdu.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu

1 sentyabr

Lüksemburq – Azərbaycan 2:1
Qol: M.Pinto, 8. J.Rodriqes, 28-pen – E.Mahmudov, 67.
Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina).
Lüksemburq. “Stad Lüksemburq”.

Lüksemburq: 1. Antoni Moris, 3. Enes Mahmutoviç, 8. Xristofer Martins, 9. Danel Sinani, 10. Jerson Rodriqes, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 17. Maykl Pinto, 18. Loren Yans (k), 21. Sebastien Till.
Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Kevin Malje, 4. Florian Bonert, 5. Duayn Holter, 6. Rikardo Delqado, 7. Erik Veyqa, 11. Borges Sançes, 14. Maurisie Devill, 19. Aldin Skenderoviç, 20. Edvin Muratoviç, 22. Timote Rupil.
Baş məşqçi: Luk Holts.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 9. Əli Qurbani, 13. Abbas Hüseynov, 17. Tural Bayramov, 20. Filip Ozobiç, 21. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 7. Namiq Ələsgərov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 14. Elvin Bədəlov, 14. Sertan Taşkın, 16. Anatoli Nuriyev, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.