Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində doğma meydanda növbəti matçına çıxıb.

Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının 1-ci qrupunun 5-ci turunda, "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 5:0.

Azərbaycan millisinin 5 oyundan sonra 4 xalı var və sonuncu pillədə qərarlaşıb.

Millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.