Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının ikinci seçmə mərhələsində Maltaya məğlub olub.


Rekord.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan komandaların oyununda rəqib 2:0 hesablı qələbəyə sevinib.


Görüş Bayıl stadionunda baş tutub.


Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik ediyi Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana isə qalib gəlib – 3:2.


Bu nəticələrdən sonra yığmamız 3 xalla qrup sonuncusu olub.