Belarusun paytaxtı Minskdə təşkil olunan MDB Oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Özbəkistan yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.

Orxan Məmmədovun dubl etdiyi oyunda komandamızın digər qolunu Sabir Allahquliyev vurub.

Millimiz sabah saat 16:30-da 5-ci yer uğrunda oyunda Misir yığması ilə üz-üzə gələcək.