Millimiz Minskdə və Bakıda Belarusla yoldaşlıq oyunu keçirəcək
- 04 İyl 2022 11:13
- 520
Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək. "Rekord.az" AVF-nin mətbuat xidmətinə istnadən xəbər verir ki, Pərviz Səmədovun baş məşqçisi olduğu komanda hazırlığın növbəti mərhələsini Belarusun paytaxtı Minskdə keçəcək.
Voleybolçularımız səfərə iyulun 9-da yollanacaqlar. Minskdə komandamızın yerli yığma ilə bir neçə yoxlama matçı keçirməsi də nəzərdə tutulur. Hazırlığın Belarus mərhələsi isə iyulun 16-da başa çatacaq.
Yığmamız bundan sonra Bakıya Belarus kollektivi ilə birgə qayıdacaq. Komandalar paytaxtımızda hazırlıq keçməklə yanaşı, yenidən bir neçə sınaq görüşündə gücünü yoxlayacaqlar.
Qeyd edək ki, mayın 15-dən hazırlığa başlayan milli AVRO-2023-ün təsnifat mərhələsində A qrupunda Türkiyə və Danimarka yığmaları ilə mübarizə aparacaq. Millimiz V İslam Həmrəyliyi Oyunlarında isə Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.