16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təlim-məşq toplanışını başa vurub.

Rekord.az xəbər verir ki, komandamız hazırlıq prosesi çərçivəsində Moldova ilə ikinci yoxlama görüşündə üz-üzə gəlib.

CPSM stadionunda baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə nəticələnib. Artyom Voytkanın 52 və 80-ci dəqiqədə vurduğu qollar komandamızın meydanı 0:2 hesablı yenilgi ilə tərk etməsinə səbəb olub.

Qeyd edək ki, iki gün əvvəl bu komandalar arasında keçirilən ilk yoxlama görüşündə yığmamız eyni hesabla qalib gəlib.