Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığma komanda Kişinyov şəhərindəki “Zimbru” stadionunda Moldova millisi ilə qarşılaşıb. 

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Alina Dorofeyeva fərqlənib.

Bundan əvvəl İspaniya və Çexiyaya 0:4 hesabı ilə uduzan yığmamız qrupda sonuncudu. 

AÇ-nin seçmə mərhələsi
11 noyabr

Moldova – Azərbaycan 3:1