Millimiz mövqeyini qorudu
- 21 Dek 2023 15:30
- 271
Azərbaycan millisi FIFA reytinqində mövqeyini qoruyub.
Rekord.az xəbər verir ki, yığmamız 114-cü pillədə qalıb.
Hazırda baş məşqçisi olmayan komanda 2023-cü ili 1174.22 xalla başa vurub.
Argentina yığması (1855,20) reytinqdə liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncüdür.
Hesabında 1505.28 xal olan Türkiyə yığması 37-ci sırada qalıb.